“Torino”da baş məşqçi dəyişikliyi

4 Avqust, 12:17 Sosial mediada paylaşın:
   İtaliyanın “Torino” klubunun baş məşqçisi Moreno Lonqo istefa verib.İtaliya mətbuatının məlumatında bildirilir ki, o, qərarını A Seriyasının sonuncu – 38-ci turunda “Bolonya” ilə keçirilən oyundan sonra açıqlayıb: “Bu,“Torino”da son oyunum idi. Məni komandanı elitada saxlamaq üçün dəvət etmişdilər – mən bunu bacardım”. Sitatın sonu!    Turin təmsilçisinin yeni baş məşqçisi də artıq məlumdur. Klubun idman direktoru Davite Vaqnati yerli mətbuata açıqlamasında “Milan”ın sabiq baş məşqçisi Marko Campaolo ilə razılıq əldə etdiklərini deyib.
 
  

CANLI YAYIM