Klublarımız yoxlama görüşləri keçirir

4 Avqust, 11:29 Sosial mediada paylaşın:
 Ölkəmizi Avropa liqasında təmsil edəcək “Keşlə” növbəti yoxlama oyununu keçirib. Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda bu dəfə “Səbail”lə qarşılaşıb. “Keşlə” rəqibinə iki cavabsız qolla qalib gəIib. Komandanın heyətində  Şəhriyar Əliyev və Vüsal İsgəndərli fərqlənib.  Bu görüşdə “Keşlə”nin yeni legioneri  Dmitri Klyots da iştirak edib. Ukraynalı yarımmüdafiəçi matçın 71-ci dəqiqəsində Con Kamaranı əvəzləyib. Dmitri Klyots yeni komandasında  "22 nömrə"li forma ilə çıxış edəcək.
 Xatırladaq ki,  bundan əvvəl yoxlama matçlarında “Qarabağ”a 1-3 hesabı ilə uduzan “Keşlə” "Zirə"yə minimal hesabla qalib gəlib. “Səbail” isə “Qəbələ”ni 2-1 hesabı ilə məğlub etmişdi. 
 

CANLI YAYIM