“Neftçi”dən Bolqarıstan millisinin üzvünə təklif

4 Avqust, 10:50 Sosial mediada paylaşın:
 Avropa liqasında çıxış edəcək komandamız “Neftçi” heyətini gücləndirməyə çalışır.  Paytaxt klubunun Bolqarıstan millisinin üzvü Martin Raynovla maraqlandığı bildirilir.Məlumatlara görə  28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan də təklif alıb. Lakin  tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Raynovun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı var.
 Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarında oynayan  Martin yığmada 7 görüşdə meydana çıxıb.
 

CANLI YAYIM