“Qalatasaray”Cefferson Lerma ilə maraqlanır

3 Avqust, 11:48 Sosial mediada paylaşın:
 “Qalatasaray” komandadan ayrılan futbolçuların yerini doldurmağa çalışır. “Sarı-qırmızılar”ın yeni hədəfi bu mövsüm İngiltərə Premyer Liqasından Çempionşipə düşən “Bornmut”un yarımmüdafiəçisi Cefferson Lermadir. İstanbul təmsilçisi futbolçunu icarə əsasında heyətə cəlb etmək niyyətindədir. Bu keçidə “Bornmut”un da müsbət yanaşdığı bildirilir.25 yaşlı yarımmüdafiəçiyə 1 illik müqavilə və 1.5 milyon avro qiymət təklif olunub.   
 İngiltərə tərəfi isə Cefferson Lerma üçün 2.5 milyon avro istəyib. Futbolçunun ümumi transfer qiyməti isə 28 milyon avrodur.  

CANLI YAYIM