MBA: Daha 6 oyun keçirilib

3 Avqust, 11:34 Sosial mediada paylaşın:
   Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında 6 oyun keçirilib. Günün əsas diqqət çəkən hadisəsi “Dallas Məvriks”in pley-offa adlmasıdır. Bu komandanın son 4 ildə ilk belə uğurudur. “Dallas Məvriks” “Finiks Sansa” uduzub. Hərçənd ki, ilk 2 periodda daha yaxşı çıxış edən komanda fasiləyə 13 xallıq üstünlüklə yollanıb. Amma son 2 hissədə “Finiks” basketbolçuları təşəbbüsü ələ alıblar və 117-115 hesablı qələbə qazanıblar. “Dallas” klubunun 21 yaşlı üzvü Luka Donçiç 40 xal, 8 ribaund və 11 məhsuldar ötürmə ilə görüşə damğasını vursa da, bu yalnız təsəlli olub. Məğlubiyyətə baxmayaraq “Dallas Məvriks” 4 illik fasildən sonra Pley-offa vəsiqə qazanıb. Komandanın ən yaxın izləyicisi “Memfis Qrizlis”in “San Antonio Spörs”ə uduzması “Dallas” azarkeşlərini sevindirib.  
  Qeyd edək ki, “Dallad Məvriks” hazırda qərb konfransında 7-ci, “Memfis Qrizlis” isə 8-ci yerdədir.  

CANLI YAYIM