MBA:Mövsümün qalan hissəsi başladı

1 Avqust, 11:20 Sosial mediada paylaşın:
 Milli Basketbol Assosiasiyasında mövsümün qalan hissəsinə 2 qarşılaşma ilə start verilib. Əvvəlcə, “Nyu-Orlean Pelikans” “Yuta Caz”la mübarizə aparıb. Orlandoda keçirilən oyuna Nyu-Orlean basketbolçuları daha yaxşı başlayıblar. İlk hissələrdə təşəbbüsü ələ alan “Pelikans” böyük fasiləyə 12 xal fərqilə öndə yollanıb: 60-48. Sonradan üstünlüyə yiyələnən Yuta komandası əzmkar oyunla qalib gəlib. “Nyu-Orlean Pelikans” - “Yuta Caz”: 104-106.
 Qərb konfransında daha bir maraqlı görüş liderlər arasında keçirilib. “Los-Anceles Leykers” “Los-Anceles Klippers”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş “Leykers”in 103:101 hesablı qələbəsilə yekunlaşıb.

CANLI YAYIM