Azərbaycan cüdosunda vəziyyət necədir?

1 Avqust, 10:45 Sosial mediada paylaşın:
 Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ruslan Maşurenko Beynəlxalq Cüdo Federasiyasının saytına müsahibə verib. Təcrübəli mütəxəssis koronavirus pandemiyası dövründən, yığmadakı və Azərbaycan cüdosundakı vəziyyətdən bəhs edib. Sitat: “Faktiki olaraq, sərt karantin elan olunan anadək yüksək olimpiya reytinqinə malik cüdoçular özlərinin qarşıdakı Tokio Olimpiya Oyunlarındakı mümkün iştirakına köklənmişdi. Olimpiadanın təxirə salınması xəbərini hamı cəsarətlə qəbul etdi. Biz şərti olaraq planlarımızı elə qurduq ki, bütün gücümüzü sentyabra kökləyək. Əlbəttə, hətta bu gün turnirlərin startı ilə bağlı vəziyyət tam aydınlaşmayıb. Amma idmançılar hər şeyi başa düşürlər. Onların əla yarışmaq, özünün güclü tərəfləri və bacarıqlarını göstərmək istəyi var. Buna görə də, onlar özlərini yaxşı formada saxlayırlar”. Sitatın Sonu!
 Ruslan Maşurenkonun sözlərinə görə cüdoçuların vəziyyəti nəzarət altındadır. Onlar fərdi məşqlərlə məşğuldurlar. Mütəxəssis cüdo kimi idman növünün nəinki bu durumdan çıxacağına, hətta idman reytinqində daha yüksək səviyyəyə qalxacağına şübhə etmir.

CANLI YAYIM