Serxio Peresdə koronavirus aşkarlanıb

31 İyul, 11:10 Sosial mediada paylaşın:
“Reysinq Point” komandasının pilotu Serxio Peres Böyük Britaniya Qran Prisində iştirak etməyəcək. Buna səbəb meksikalı  sürücünün COVID-19 üçün verdiyi testin müsbət çıxmasıdır. Buna görə mətbuat konfransına qatılmayan Peres özünü təcrid edib. Məşhur pilotun ikinci testi də xəstəliyi təsdiqləyib.
 Komandadan verilən məlumatda onun fiziki və psixoloji vəziyyətinin yaxşı olduğu bildirilib. Böyük Britaniya Qran-prisində onu kimin əvəzləyəcəyi sual altındadır. Stoffel Vandorn ehtiyat sürücüsü olsa da, o, Formula E-nin final yarışlarında mübarizə aparacaq. İddiaya görə Peresi Esteban Qutierrez əvəzləyə bilər.

CANLI YAYIM