“Neftçi”baş məşqçisi ilə bağlı qərar verdi

31 İyul, 10:52 Sosial mediada paylaşın:
 "Neftçi” baş məşqçisi Füzuli Məmmədovla yeni sözləşmə imzalayıb. Klub saytının məlumatına görə, Müşahidə Şurasının onlayn şəkildə iclasında Məmmədovun baş məşqçi vəzifəsinə namizədliyi təsdiqlənib. Onun daha 2 il əsas komandanı çalışdırması haqqında qərar qəbul olunub.
  Xatırladaq ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin edilən Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

CANLI YAYIM