Tyaqo Mendeş Portuqaliya klubunu çalışdıracaq

31 İyul, 10:42 Sosial mediada paylaşın:
 Portuqaliya millisinin keçmiş üzvü Tyaqo Mendeş baş məşqçiliyə başlayıb. 39 yaşlı sabiq yarımmüdafiəçi “Vitoriya” komandasına rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mendeşlə 2 illik müqavilə imzalanıb.
 Qeyd edək ki, Mendeş futbolçu karyerasında “Çelsi”, “Atletiko”, “Yuventus”, “Lion” kimi klublarda çıxış edib. O, 2017-2018 mövsümündə Madrid "Atletiko"sunda köməkçi məşqçi kimi çalışıb.

CANLI YAYIM