XXI əsrdə ən çox penalti qaçıran futbolçuların siyahısı açıqlanıb

30 İyul, 12:47 Sosial mediada paylaşın:
 XXI əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı barədə məlumat vermişdik. Nüfuzlu “Transfermarkt” saytı bu dəfə ən çox penalti qaçıran futbolçuların siyahısını açıqlayıb. Maraqlıdır ki, ilk 3-lük dəyişməyib. Sadəcə bu dəfə lider Lionel Messidir. “Barselona”nın argentinalı ulduzu 22 dəfə bu imkanı əldən verib. “Yuventus”un üzvü Kriştiano Ronaldo və "Roma"nın canlı əfsanəsi Françesko Totti isə hərəyə 18 dəfə penaltidən yararlana bilməyiblər.
 İlk 10-luqda Antonio Di Natale, Edinson Kavani, Ueyn Runi, Serxio Aquero, Ronaldinyo, Ruud van Nistelroy və Arits Aduriz də var.
 
   

CANLI YAYIM