İspaniya klublarında koronavirus həyəcanı

30 İyul, 12:17 Sosial mediada paylaşın:
  La Liqa komandalarından Sevilya klubunun üzvündə koronavirus aşkarlanıb. Komandanın bütün üzvüləri testdən keçiblər. Nəticədə bir futbolçuda virusun olduğu məlum oluib. Adı açıqlanmayan həmin oyunçu ev şəraitində karantinə alınıb. Həmin futbolçuda xəstəliyin əlamətlərinin olmadığı bildirilir. Komandanın bütün üzvləri bu hadisədən sonra yenidən testdən keçiblər. Bütün nəticələr mənfi olsa da, klub rəhbərliyi 2-ci dəfə testdən keçməyi məqbul sayıb. Komandanın məşq bazası dezinfeksiya edilib və məşqlərə qısa ara verilib. Futbolçuların hələlik yalnız fərdi şəkildə məşqinə icazə verilib. Qeyd edək ki, Sevilya UEFA Avropa Liqasının pley-off mərhələsinə hazırlaşır. Komanda avqustun 6-da 1/8 finalda Roma ilə qarşılaşmalıdır.
  Xatırladaq ki, daha əvvəl Real Madridin hücumçusu Mariano Diasın da testi müsbət nəticələnmişdi. Futbolçu ev şəraitində karantinə alınaraq müalicəsinə davam edir. Onun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Mançester Siti ilə oyunda iştirak etməyəcəyi dəqiqdir. Həmin qarşılaşma avqustun 7-ə təyin edilib.
 

CANLI YAYIM