Türkiyə Super Liqasında komandaların sayı artırılıb

30 İyul, 12:05 Sosial mediada paylaşın:
  Türkiyə Super Liqasında bu mövsüm aşağı liqaya düşmək qaydası aradan qaldırılıb. Bu isə o deməkdir ki, son 3 yeri tutan komanda - "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları 2020-2021-i illər mövsümündə də elitada çıxış edəcəklər. Bura 1-ci liqadan gələn daha 3 klub əlavə olunacaq və nəticədə yeni mövsümdə azarkeşlər 21 komandalı çempionat izləyəcəklər. Mövsümün sonunda isə son 4 yeri tutan komanda isə Super Liqanı tərk edəcək. 2021-2022-ci il mövsümündən isə çempionat 20 komanda ilə keçiriləcək. Bu yolla 20 komandalı çempionatda ümumi gəlir 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır.
  Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması qərara alınıb. Bundan başqa komandanın xərc limitləri ilə bağlı da qərar qəbul edilib. Bu haqda məlumat avqustun 4-də veriləcək və klublarlarla limitlər haqqında iclas keçirilıməsi nəzərdə tutulub.   
 

CANLI YAYIM