“Tour De France” veloyürüşünün vaxtı dəyişdirildi

29 İyul, 12:54 Sosial mediada paylaşın:
  Koronavirusa görə 2021-ci ilə təxirə salınan “Tour de France” veloyürüşünün tarixi dəyişdirilib.  Beynəlxalq Velosipedçilər İttifaqının qəbul etdiyi qərara əsasən, nüfuzlu turnir gələn il iyulun 2-dən 25-ə kimi deyil , iyunun 26-dan  iyulun 18-dək  təşkil olunacaq.  Dəyişikliyə səbəb yürüşün Tokio Yay Olimpiya Oyunlarında velosiped idmanı yarışları ilə eyni vaxtda keçirilməsi idi. 
 Xatırladaq ki,  olimpiada da koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınıb.
 

CANLI YAYIM