Xavi “Barselona” və Lionel Messi haqqında danışıb

29 İyul, 12:23 Sosial mediada paylaşın:
 Qətərin Əl Saad komandasının baş məşqçisi Xavi Ernadez özünü yaxşı hiss etdiyini və ev şəraitində müalicəsinə davam etdiyini açıqlayıb. O tezliklə gündəlik işinə qayıtmağı arzuladığını bildirib. Barselonanın sabiq kapitanı haqqında gəzən xəbərlərə də münasibət bildirib.
 “Əsas hədəfimin Barselonanın baş məşqçisi olduğunu gizlətmirəm. Barsa mənim evimdir və arzularımın komandasıdır.Amma hər şeyin öz vaxtı var. Hazırda komandaya Kike Setyen rəhbərlik edir. Onun gördüyü işə qiymət vermək hörmət etmək lazımdır. Barsa bəzən çox yaxşı çıxış edir. Amma bəzən isə bu onlarda alınmır. Kike Setyenin oyun fəlsəfəsi mənim xoşuma gəlir. Düşünürəm ki, onun rəhbərliyi ilə komanda daha yaxşı oynaya bilər” sitatın sonu.
 Xavi Ernadez Lionel Messi haqqında da danışıb. O argentinalı ulduzun 2 il sonra Qətərədə keçiriləcək mundialda çıxış edəcəyindən söhbət açıb.
Messi fiziki və texniki cəhətdən çox güclü futbolçudur. Düşünürəm ki, o istədyi qədər futbol oynaya bilər. Onun 2 il sonra mundialda çıxış edəcəyinə şübhə etmirəm – deyə Xavi bildirib.
 Xatırladaq ki, Barselona klubunun yetirməsi olan Xavi Ernadez klubun oyun baxımından rekordçusudur. O, kataloniya klubunda 767 görüşdə meydana çıxıb və 85 qol vurub.

CANLI YAYIM