“Real”ın üzvü koronavirusa yoluxub

29 İyul, 12:04 Sosial mediada paylaşın:
 
  İspaniya çempionu olandan sonra əsas diqqətləri çempionlar liqasına yönəldən Real Madrid  Mançester Siti ilə cavab qarşılamasının hazırlığına başlayıb. Məşqlərdən əvvəl klubun bütün üzvləri testdən keçiblər. Nəticədə komandanın hücümçusu Mariano Diasda viurusun olduğu aşkarlanıb. Doninikanlı futbolçu ev şəraitində karantinə alınıb və məşqlərdən uzaqlaşdırılıb. Onun çempionlar liqasının görüşündə iştirak etməyəcəyi dəqiqdir. UEFA artıq məsələyə rəsmi  münasibət də bildirib. Qitənin ali futbol qurumu daim kral klubu ilə əlaqədə olduğunu və vəziyyəti nəzarətində saxladığını açıqlayıb. UEFA bu yoluxma halının görüşün keçiriləmnəsinə təsir etməyəciyini bildirib.
  Xatırladaq ki, Mançester Siti – Real Madrid görüşü avqustun 7-ə təyin edilib. Ilk matçda şəhərlilər 2-1 hesablı qələbə qazanıblar. Əlavə edək ki, Mariano Dias Realın  ehtiyat futbolçusu sayılır. O, bu mövsüm la liqada cəmi 5 oyunda meydana çıxıb və 1 qol vurub. Komandanın əsas heyət üzvlərindən isə şad xəbər var. Belə ki, Marselo və Eden Azar zədəsini sağaldıb. Məşqlərə qatılan bu futbolçuların çempionlar liqasının cavab oyununda iştirak edəcəyi bildirilir

CANLI YAYIM