“Qarabağ”və “Keşlə”yenidən yoxlama görüşündə qarşılaşacaq

29 İyul, 11:38 Sosial mediada paylaşın:
 
      Qəbələdə hazırlıq keçən digər klublarımızdan “Qarabağ” və “Keşlə” yenidən yoxlama görüşündə üz-üzə gələcək. Qarşılaşma avqustun 5-ə təyin olunub.
   Xatırladaq ki, iyulun 18-də keçirilən oyunda “Qarabağ” 3-1 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, “Qarabağ” ölkəmizi Çempionlar Liqasında , “Keşlə” isə Avropa Liqasında təmsil edəcək.
  

CANLI YAYIM