Həbib atasının planlarını reallaşdırmaq niyyətindədir

28 İyul, 11:49 Sosial mediada paylaşın:
 UFC təşkilatının ulduzu Həbib Nurməhəmmədov yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb. Rusiyalı idmançı iyulun 3-də koronavirusdan vəfat edən 57 yaşlı atası Abdulmanap Nurməhəmmədovun planlarını reallaşdırmaq niyyətindədir. Döyüşçünün atası idman obyektləri inşa etdirmək arzusunda idi. Onun yarım qalan işlərini oğlu davam etdirəcək. Abdulmanap Nurməhəmmədov sambo üzrə 18 dünya çempionu yetişdirməklə Ginnesin Rekordlar kitabına düşüb.
 Qeyd edək ki, atası vəfat etdikdən sonra Həbib Amerika Birləşmiş Ştatları döyüşçüsü Castin Qeyci ilə döyüşdən imtina etməklə gündəmə gəlmişdi.

CANLI YAYIM