“Şahmat əfsanələri”turnirində 7-ci tur yekunlaşdı

28 İyul, 11:33 Sosial mediada paylaşın:
  "Şahmat əfsanələri" turniri davam edir. Yarışın təşkilatçısı Norveçli dünya çempionu Maqnus Karlsenlə yanaşı daha 9 qrossmeysterin mübarizə apardığı turnirdə yeddinci tur arxada qalıb. Karlsen rusiyalı Peter Svidlerlə görüşdə 2 xal yarım – 1 xal yarım hesabı ilə qalib gəlib. Onun ən yaxın izləyicisi Yan Nepomnyaşi macarıstanlı Peter Lekoya məğlub olub. Hindistan təmsilçisi Vişvanatan Anand israilli Boris Gelfandla görüşüb. Asiyalı qrossmeyster qələbə qazanıb: 2 xal yarım – yarım xal. Hollandiyalı Aniş Giri eyni hesabla çinli Din Lirendən üstün olub. Daha bir rusiyalı Vladimir Kramnik ukraynalı Vasili İvançuka uduzub: 1-3. 7 turun nəticələrinə görə, Maqnus Karlsen 20 xalla liderliyini davam etdirir. 18 xalı olan Nepomnyaşi 2-cidir. Aniş Giri isə 14 xalla ilk üçlüyü tamamlayır. Turnir iki mərhələdən ibarətdir. 
  Ən çox xal toplayan dörd şahmatçı iyulun 31-dən avqustun 2-dək yarımfinalda mübarizə aparacaq. Final avqustun 3-dən 5-dək davam edəcək. Turnirin mükafat fondu 150 min dollardır.

CANLI YAYIM