Belarus çempionatında 19-cu tur başa çatıb

27 İyul, 12:31 Sosial mediada paylaşın:
    Belarus çempionatında 19-cu tur başa çatıb. Turnir cədvəlinin şərikli liderləri  BATE və “Şaxtyor” azarkeşlərini böyükhesablı qələbə ilə sevindirib. Bu iki komanda ümumilikdə 10 qol vurub.  BATE doğma meydanda Minski böyükhesabla məğlub edib. Artıq 5-ci dəqiqədə Maksim Skavış hesabı açıb. Fasilə ərəfəsində İqo Staseviç fərqlənib 2-0. 2-ci hissədə meydan sahibləri daha 4 qol vurublar. 1 saatın tamamında Dmitri Baqa hədəfdən yayınmayıb. 2 dəqiqədən sonra Maksim Skavış dubl edib. 78-ci dəqiqədə Stanislav Draqun qapını dəqiq nişan alıb. Yekun nəticəni Yevgeni  Yablonski müəyyənləşdirib. BATE – Mİnsk 6:0.  Soliqorskda keçirilən Şaxtyor – Smoleviçi qarşılaşmasında da meydan sahibləri 4 cavabsız qolla qalib gəliblər. 9-cu dəqiqədə Nikola Antiç komandasının ilk qolunu vurub. Fasilədən sonra Cəsur Yaxşıbayev dubl edib. digər qol isə Yulius Syökenin aktivindədir. Şaxtyor – Smoleviçi 4:0.        
    Qeyd edək ki, 19 turdan sonra Şaxtyor və BATE 37 xal toplasa da, Soliqorsk klubu daha yaxşı top fərqinə görə rəqibindən öndədir.  

CANLI YAYIM