“Suonsi”ilk oyunda qalib gəldi

27 İyul, 12:15 Sosial mediada paylaşın:
 Çempionşipi 3-cü yerdə başa vuran Brentford Uelsdə çempionatı 6-cı yerdə tamamlayan Suonsi ilə qarşılaşıb. Premyer liqaya vəsiqə uğrunda keçirilən ilk pley-off qarşılaşmasında meydan sahibləri sevinən tərəf olublar. 1-ci hissədə hesab açılmayıb. Fasilədən sonra Suonsi futbolçuları penalti vurmaq hüququ əldə ediblər. Amma Andre Ayyu bu fürsətdən yararlana bilməyib. Az sonra Brentford meydanda azlıqda qalıb. Riko Henri qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən Suonsi futbolçuları qələbə qolunu vurmağa nail olublar. Andre Ayyu görüşün taleyini həll edib. Minimal hesabla qalib gələn Suonsi iyulun 29-u keçiriləcək cavab oyununa üstünlüklə çıxacaq.  
 Qeyd edək ki, pley-ofun digər cütündə Fulhem və Kardif komandaları üz-üzə gələcək.

CANLI YAYIM