MBA: Hazırlıq oyunlarına davam edir

27 İyul, 11:56 Sosial mediada paylaşın:
 
 MBA-nın bərpasına hazırlaşan komandalar yoxlama oyunları keçirməkdə davam edirlər. Növbəti 5 görüşdə bir-birindən maraqlı nəticələr qeydə alınıb. Bəzi komandalar artıq 2-ci oyunlarını keçiriblər.
 Oklahoma Siti Tander ardıcıl 2-ci oyununda qalib gəlib. İlk matçda Boston Seltiksi məğlub edən Oklahoma basketbolçuları bu dəfə Filadelfiya təmsilçilərindən üstün olublar. Hərçənd ki, son perioda  Filadelfiya komandası 11 xal öndə başlayıb. Amma yekun nəticə Oklahoma Siti Tanderin xeyrinə olub 102:97. Boston Seltiks isə ilk qələbəsini Finiks Sansla matçda əldə edib 117:103.     
 Xatırladaq ki, Finiks Sans hazırlıq mərhələsinin startında Yuta Cazza qalib gəlmişdi.
 İndiana Peyers hazırlıq mərhələsində ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda Portlend Trail Bleyzersin ardından Dallas Mevriksi məğlub edib 118:111.
Günün digər qarşılaşmalarına gəldikdə isə Hyuston Rokets Memfis Qrizlisdən, Toronto Rəptors “Portlend Trail Bleyzers”dən güclü olub.

CANLI YAYIM