Yığmamızın oyunlarının vaxtı açıqlandı

27 İyul, 11:21 Sosial mediada paylaşın:
 19 yaşadək qızlardan ibarət yığma komandamızın AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb. 7-ci qrupda yer alan seçməmiz ilk görüşünü noyabrın 25-də İsveç futbolçularına qarşı keçirəcək. Komandamızın növbəti rəqibi Belçika yığması olacaq. Görüş noyabrın 28-ə təyin olunub. Millimiz qrupdakı sonuncu matçında isə Kipr komandası ilə qarşılaşacaq. Bu oyun dekabrın 1-də keçiriləcək. 
 Qeyd edək ki, qrupun oyunları Belçikada olacaq.

CANLI YAYIM