“Neftçi”daha bir əcnəbi futbolçu transfer edə bilər

27 İyul, 11:02 Sosial mediada paylaşın:
 Bu yay heyətinə 4 legioner qatan "Neftçi" daha bir əcnəbi futbolçunu transfer edə bilər.Gümüş mükafatçının macar futbolçu Soma Novotnı ilə maraqlandığı bildirilir.  Məlumata görə, hazırda tərəflər arasında danışıqlar gedir. Qeyd  edək  ki, karyerasına Macarıstanın "Veşprem" klubunda başlayan Soma  Novotnı  2012-ci  ildə "Napoli" yə transfer olunub və 2016-cı ilədək İtaliyanın"Paqanese","Mantova","Südtirol"və Macarıstanın "Diosqyor" klublarına icarəyə verilib. Onun sonuncu komandası "Uypeşt"dir.Soma ölkəsinin müxtəlif yaş qrupları üzrə seçmə komandalarında da oynayıb.
“Neftçi” klubundan  hələlik transferlə  bağlı rəsmi məlumat verilməyib.
 
 

CANLI YAYIM