"US Open"in hansı şərtlər daxilində keçiriləcəyi məlum olub

25 İyul, 11:00 Sosial mediada paylaşın:
Tennis həvəskarları mövsümün bərpasını səbirsizliklə gözləyir. Xüsusən də ABŞ Açıq tennis turnirinin startını gəzləyənlərin sayı daha çoxdur. Bu da səbəbsiz deyil. Sonuncu dəfə “Böyük Dəbilqə” seriyalı turnirlərdən olan “Australian Open”i yanvarda izləyən azarkeşlər əsl mübarizə üçün darıxıb. Bəs görəsən, “US Open” hansı şərtlər altında keçiriləcək.
“US Open”in hansı şərtlər altında keçiriləcəyi məlum olub. ABŞ mətbuatının məlumatına görə, koronavirus infeksiyası ilə əlaqədar tennisçilər xüsusi şərtlər altında mübarizə aparacaq. Belə ki, turnir boyunca tennisçilər Nyu-Yorkun “Long İsland Marriot”, ya da “Garden City” otellərində məskunlaşacaq. Hər bir tennisçiyə oteldə iki nömrə sifariş etməyə imkan yaradılacaq. Nömrələrdən birinin ödənişini ABŞ Tennis Assosasiyası, digərini isə idmançının özü edəcək. ABŞ-a səfər zamanı turnirdə iştirak edəcək hər bir tennisçi və ya texniki heyətin üzvü koronavirus testindən keçəcək. Onlar yalnız neqativ cavab aldıqdan sonra “US Open”in keçiriləcəyi kortlara qədəm basa biləcək. Növbəti test isə otelə gəldikdən 48 saat sonra həyata keçiriləcək. Amma ümumilikdə tennisçilər müntəzəm olaraq həkim nəzarəti altında olacaq. Tibb işçiləri tez-tez onların orqanizmini müayinə edəcək və hərarətlərini yoxlayacaq. Mühüm şərtlərdən biri də tennisçilərin müntəzəm olaraq tibbi maska ilə gəzməsi olacaq. Korta çıxana qədər hər tennisçi ətrafdakı insanlarla sosial məsafəni qorumalıdır.

CANLI YAYIM