İtaliya çempionatında 35-ci tur başa çatdı

24 İyul, 12:24 Sosial mediada paylaşın:
  İtaliya çempionatının 35-ci turunda “Yuventus” “Udineze”nin qonağı olub. “Qoca Sinyora” qələbə qazanacağı halda çempionluğu rəmsiləşdirəcəkdi. Oyuna daha yaxşı başlayan Turin komandası fasiləyədək hesabı açıb. 42-ci dəqiqdə Matteys de Liqt fərqlənib. İkinci yarıda təşəbbüsü ələ alan meydan sahibləri tarazlığı bərpa ediblər. İlya Nestorovski komandasını ümidləndirib. Son dəqiqələrdə isə “Udineze” qələbə qolunu vurub. Seko Fofana mübarizəyə nöqtə qoyub. 2:1 hesabı ilə qalib gələn “Udineze” 39 xalla 15-cidir. 80 xalla liderliyini davam etdirən “Yuventus” çempionluğunu ertələyib.
 “Latsio” – “Kalyari” görüşünün də aqibəti eyni cür olub. İlk hissədə Covanni Simeonenin qolu ilə önə keçən qonaqlar üstünlüyü qoruya bilməyiblər. Meydan sahiblərindən Serqey Milinkoviç-Saviç və Ciro İmmobile fərqlənib. 2:1 hesabı ilə qələbə qazanan 72 xalla 4-cüdür. 42 xalı olan “Kalyari” isə 13-cüdür.

CANLI YAYIM