MBA: Mövsümün qalan hissəsinə hazırlıq davam edir

24 İyul, 12:05 Sosial mediada paylaşın:
 Milli Basketbol Assosiyasiasında mövsümün qalan hissəsi üçün   hazırlaşan “Miluoki Baks” “San Antonio Spörs”lə qarşılaşıb. Bir dövrəsi10 dəqiqədən ibarət görüşün böyük fasiləsinə Miluoki təmsilçisi üstün yollanıb: 47-41. Digər hissələrdə də rəqibinə heç bir imkan verməyən “Baks” yekunda qələbə qazanıb: 113-92.
 Daha bir oyunda isə Qərb konfransının lideri “Los-Anceles Leykers”“Dallas Maveriks”lə qarşılaşıb. Los-Anceles basketbolçuları böyük fasiləyə 55:44 hesabı ilə qalib yollanıblar. Ruhdan düşməyən Dallas komandası əzmkar oyunla sonda qalib gəlib. “Los-Anceles Leykers” – “Dallas Maveriks”: 104-108.
 Qeyd edək ki, bütün görüşlər Orlandoda keçirilir. Mövsümün qalan hissəsi iyulun 31-də başlanacaq.

CANLI YAYIM