Mayk Tayson yenidən rinqə qayıdır

24 İyul, 11:39 Sosial mediada paylaşın:
  Ağır çəki üzrə sabiq dünya çempionu Mayk Tayson rinqə qayıdır. 54 yaşlı  idmançı özündən cəmi 3 yaş kiçik rəqibilə döyüşəcək. Söhbət Roy Consdan gedir. Artıq döyüşün vaxtı da məlumdur. İndidən idman ictimaiyyətinin böyük marağına səbəb olan duel sentyabrın 12-də təşkil olunacaq. Səkkiz raundluq döyüş Amerika Birləşmiş Ştatlarının Kaliforniyada ştatında olacaq.
  Mayk Tayson son peşəkar döyüşünü 2005-ci ildə keçirmiş və Kevin Makbrayda məğlub olmuşdu. Tayson karyerası ərzində 58 döyüş keçirib,50-də qələbə qazanıb. Roy Cons isə 77 döyüşün 66-da qalib gəlib.

CANLI YAYIM