Berlində beynəlxalq tennis turniri yekunlaşmaq üzrədir

15 İyul, 11:20 Sosial mediada paylaşın:
Berlində beynəlxalq tennis turnirinin yarımfinal mərhələsi yekunlaşıb. İtaliyalı Matteo Berrettini ispaniyalı Roberto Bautista Aqut ilə üz-üzə gəlib. Duel gərgin mübarizə şəraitində keçib. Berrettini ilk setdə 4:6 hesabı ilə məğlub olub. Ruhdan düşməyən italiyalı raketka ustası digər hissələrdə qalib gəlib: 6:3 və 10:6. Beləliklə, Berrettini finala adlayıb.
Yarımfinalın digər görüşündə isə avstriyalı Dominik Tim italiyalı Yannik Sinnerlə mübarizə aparıb. İlk setdə 6:3 hesabı ilə qalib gələn növbəti hissədə də rəqibini məğlub edib: 7:6.
Qadınların mübarizəsində ukraynalı Elina Svitolina latviyalı Anastasiya Sevastova ilə qarşılaşıb. Svitolina ilk setdə çətinliklə də olsa, qələbə qazanıb. 7:6. Növbəti hissədə də rəqibindən üstün olan ukraynalı tennisçi finala yüksəlib.
Həlledici görüşdə onun rəqibi Petra Kvitova olacaq. Çexiyalı raketka ustası yarımfinalda niderlandlı Kiki Bertensi mübarizədən kənarlaşdırıb

CANLI YAYIM