Ərgin Ataman "Torino"nun səhmlərinə sahib çıxıb

14 İyul, 11:00 Sosial mediada paylaşın:
Son iki mövsüm “Anadolu Efes”i Avroliqanın ən güclü klublarından birinə çevirən Ərgin Ataman artıq məşqçiliklə yanaşı basketbol funksioneri kimi də uğur qazanmaq istəyir. Təcürbəli mütəxəsis İtaliya basketbol klublarından birinin səhmlər paketinə də sahib çıxıb.
“Anadolu Efes”in baş məşqçisi Ərgin Ataman “Torino”nun səhmdarlarından birinə çevrilib. Türkiyəli mütəxəssislə yanaşı daha iki nəfər bu klubun səhm paketinə yiyələnib. Amma hələ ki, bu üç nəfər “Torino”nun səhmlərinin 50 faizi ilə kifayətlənib. Növbəti mövsüm “Torino” A seriyasında mübarizə aparsa Ataman biznes ortaqları ilə birgə klubun bütün səhmlərinə sahib çıxacaq. İyulun 30-da isə Turin şəhərinin komandasının gələcək müqəddəratı ilə bağlı qərar qəbul ediləcək. Klub rəhbəri olmasına baxmayaraq, Ataman “Anadolu Efes”dəki fəaliyyətini davam etdirəcək. Mətbuata açıqlama verən türkiyəli mütəxəssis yeni layihə haqda bunları söyləyib: “Biz A seriyasına vəsiqə əldə etsək, buna şad olacağıq. Amma bu bizim üçün maksimum hədəf deyil. Biz klubu inkişaf etdirməli və 3 ildən avrokuboklara yüksəltməliyik. Bu yöndə əlimdən gələni əsirgəməyəcəyəm. Mən “Anadolu Efes”i zirvəyə yüksəldə bilmişəm, görək qarşıdakı 3 ildə bizi nə gözləyir”.

CANLI YAYIM