"Vaşinqton"un iki oyunçusu koronavirusa yoluxub

11 İyul, 14:00 Sosial mediada paylaşın:
“Vaşinqton”un oyunçuları Tomas Brayant və Qari Peyton koronavirusa yoluxub.
Bu səbəbdən bu iki basketbolçu komandayla birgə Orlandoya yola düşməyib. Amma klub onların xidmətinə ehtiyac duyur. Hər iki basketbolçu sağaldıqdan sonra iyulun 31-də meydana çıxacaq “Vaşinqton”a yardım edə bilər. Xatırladaq ki, “Vizards” mövsümün bərpasından sonra oynamaqdan imtina edən Bredli Billə Devis Bertansa güvənə bilməyəcək.
 

CANLI YAYIM