“Vimbldon” rəhbərliyi tennisçilərə təzminat ödəyəcək

11 İyul, 11:00 Sosial mediada paylaşın:
Bu il Avstraliya Açıq tennis turniri keçirilsə də, pandemiya digər 3 “Böyük Dəbilqə” seriyalı turnirin təşkil edilməsinə mane oldu. Doğrudur, “Rolan Qarros” və “US Open” turnirləri başqa vaxta keçirilib. Amma “Vimbldon” turniri sığortalandığına görə ləğv edilib. Amma Böyük Britaniyadakı turnirin təşkilatçıları tennisçiləri də unutmayıb.
Belə ki, “Vimbldon”un təşkilat komitəsi turnirdə iştirak etməyə hazırlaşan 620 tennisçiyə təzminat ödəmək qərarına gəlib. Əslində, turnirin rəhbərliyinin üzərində belə bir öhdəliyi yox idi. Amma sığorta şirkətindən yarışın təşkil olunmayacağına görə yardım alan “Vimbldon” rəhbərliyi tennisçiləri də nəzərə almaq fikrinə düüşüb. Bunun üçün tennisçilərə ümumilikdə 11 milyon funt sterlinq ayrılıb. Britaniya mətbuatının məlumatına görə, təsnifat mərhələsində iştirak etməli olan 224 tennisçi 12,5 min funt sterlinq qazanacaqdsa, fərdi yarışların əsas mərhələdə çıxış etməli olan raketka ustaları 25 min dollar təzminat alacaq. Cüt yarışlarında mübarizə aparacaq 120 tennisçi 6,25 min, əlillərin yarışında çıxış edəcək 16 tennisçi 6 min funt sterlinqə sahib çıxacaq.
 

CANLI YAYIM