Bartoli Cokoviçə dəstək verib

10 İyul, 13:00 Sosial mediada paylaşın:
Zadardakı turnirin təşkilatçılığında günahlandırılan Novak Cokoviçi dəstəkləyənlər də yetərincədir.
2013-cü ildə “Vimbldon” turnirinin qalibi olan Marion Bartoli serbiyalı tennisçini ATP-nin Oyunçular İttifaqından istefaya səsləyənlərə cavab verib: “Novakı tənqid edənlərin məqsədi məlumdur. Bəlkə ona tennis oynamağı da qadağan edəsiniz? Məsələni bu qədər də şişirtməyin! O, səhv etdiyini anlasa özü istəyəcək və lazım gəlsə, istefa da verəcək. Novak turniri xoş məramla keçirmək istəyirdi. Buna görə təkcə Cokoviçi günahlandırmaq düzgün deyil”.

CANLI YAYIM