Dimitrov və Çoriç koronavirusa qalib gəlib

10 İyul, 12:00 Sosial mediada paylaşın:
“Adria Tour” turnirinin gedişində koronavirusa yoluxan Qriqor Dimitrov və Borna Çoriç sağalıb.
Hər iki tennisçinin koronavirus testi bu dəfə mənfi nəticələnib. 2 həftə özlərini cəmiyyətdən təcrid edən Dimitrov və Çoriç artıq məşqlərə başlayıb. Turnir başa çatdıqdan sonra koronavirusa yoluxan Novak Cokoviçdən isə hələ xəbər yoxdur. Serbiyalı tennisçi tam sağaldıqdan sonra testdən keçəcəyini söyləyib.

CANLI YAYIM