Cokoviç qeyri-müəyyənlik içindədir

9 İyul, 12:00 Sosial mediada paylaşın:
Təşkil etdiyi “Adria Tour” turnirindən sonra tənqidlərə məruz qalan Novak Cokoviç heç də özünü yaxşı hiss etmir. Üstəlik koronavirusa yoluxduğuna görə özünü cəmiyyətdən təcrid edən tennisçi avqust ayında bərpa ediləcək mövsümə də hazırlaşa bilmir. Bəs görəsən Novak avqustun 31-də start götürəcək “US Open” turnirində iştirak edəcəkmi?
ATP reytinqində ilk pillənin sahibi Novak Cokoviç Serbiyanın “Sportski Jurnal” nəşrinə müsahibə verib. Nole ləqəbli tennisçi avqustun sonunda keçiriləcək “US Open” turnirində iştirak edib-etməyəcəyini müəyyənləşdirə bilmədiyini söyləyib: “Konkret qərar qəbul etməmişəm. “US Open”də iştirak edib-etməyəcəyiumi bilmirəm. Bircə onu dəqiq deyə bilərəm ki, Vaşinqtondakı turnirdə mübarizə aparmayacağam. “Western & Southern Open” turniri isə planlarıma daxildir. “Rolan Qarros” turnirində iştirak etməməyim üçün isə heç bir səbəb yoxdur. Madrid və Romadakı turnirlərdə də yarışmaq istərdim”.
Cokoviç Zaqrebdəki turnirdə koronavirusun yayılmasına səbəb olması ilə bağlı ittihamlara da cavab verib: “Son vaxtlar qərəzli tənqidlərə məruz qalmağımın fərqindəyəm. Haqqımda səsləndirilən fikirlər tənqid səviyyəsini də aşıb. Sanki bir qrup insan kabus ovuna çıxıb. Belə vəziyyətin yaşanmasına görə kimisə günahkar çıxarmalı idilər”.
 

CANLI YAYIM