Simeone: "VAR "Real" kimi komandalara çox kömək edir"

7 İyul, 14:00 Sosial mediada paylaşın:
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone son vaxtlar "Real"ın penaltilər hesabına qələbə qazanmasına münasibət bildirib.
O, VAR-ın “Kral klubu”nun xeyrinə işləməsi ilə bağlı söz-söhbətlərə belə cavab verib: “Bu günə qədər dediyim fikirləri təkrarlamaq istəmirəm. VAR sistemi futbola ədalət gətirib. İndi qalib gələn komanda da ədalətli şəkildə meydanı 3 xalla tərk edir. Sən daha çox penalti qazanırsansa, bu o deməkdir ki, daha çox hücum edirsən. “Real”da məhz belə komandadır. VAR “Real” kimi komandalara çox kömək edir”.

CANLI YAYIM