"Fənərbağça"nın yeni baş məşqçisi iddialıdır

7 İyul, 12:00 Sosial mediada paylaşın:
Jelko Obradoviçin gedişindən sonra “Fənərbağça” “Jalgiris”in baş məşqçisi Şarunas Yasiskyaviçyusla anlaşmağa yaxın olsa da, bu plan baş tutmadı. Litvalı mütəxəssisin “Barselona”ya yollanması İstanbul klubunu yeni variantlar haqda fikirləşməyə vadar etdi. Bəs görəsən, 3 gün öncə təyinatı gerçəkləşən İqor Kokoşkov “Fənərbağça”ya yeni nə gətirəcək?
“Fənərbağça” ilə 3 illik müqavilə bağlayan İqor Kokoşkov Türkiyə mətbuatına açıqlama verib. 2017-ci ildə Sloveniya millisinə tarixində ilk dəfə Avropa çempionluğu qazandıran təcrübəli mütəxəssis İstanbula MBA-da mövsüm başa çatdıqdan sonra gələcəyini açıqlayıb: “Fənərbağça” ailəsinin bir üzvü olacağıma görə çox xoşbəxtəm. Doğrusu, çox həyəcanlıyam.”Fənərbağça” böyük tarixi olan klubdur və onun ənənələrndən xəbərdaram. Mən dünyanın ən böyük idman klublarının birində çalışacağam. “Fənərbağça” rəhbərliyi və azarkeşlərinin önündə məsuliyyət daşıyacağam. Komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
Xatırladaq ki, serbiyalı mütəxəssis hazırda “Sakramento”da köməkçi məşqçi vəzifəsində də çalışır. O, Sloveniyaya Avropa çempionluğu qazandırdıqdan sonra MBA-da “Finiks”in baş məşqçisi təyin olunmuşdu. Kokoşkovun 2019-cü ildən Serbiya millisini çalışdırdığını da qeyd edək..

CANLI YAYIM