"Australian Open" Melburnda keçiriləcəkmi?

4 İyul, 12:00 Sosial mediada paylaşın:
Avqust ayında tennis turnirlərinin bərpa ediləcəyini xəbər vermişdik. Artıq indidən tennis həvəskarları “US Open” və “Rolan Qarros” turnirlərini səbirsizliklə gözləyir. Amma koronavirusun ikinci dalğası bağlı qorxu tennis ictimaiyyətini narahat etməyə bilməz. Hətta bu məqam gələn ilin yanvarında keçiriləcək Avstraliya Açıq tennis turnirinin rəhbərliyini də düşündürür.
Gələn ilin yanvarında keçirilməsi planlaşdırılan Avstraliya Açıq tennis turnirin hansı səviyyədə təşkil olunacağı hələ də sirr olaraq qalır. Məsələ ondadır ki, bu il “US Open” və “Rolan Qarros” azarkeşsiz keçiriləcək. Pandemiya dövrü bitənə qədər Avstraliya Açıq tennis turniri də belə bir problemlə üzləşə bilər. Ən azı onu nəzərə almaq lazımdır ki, hazırda “Australian Open”in keçirildiyi Viktoriya ştatında koronavirus sürətlə yayılır. Hətta bəzi mənbələr Melburndakı turnirin Sidney və Brisbenə keçirilə biləcəyini yazır. Buna baxmayaraq, turnirin təşkilat komitəsi nikbinliyini itirmir. Mətbuata açıqlama verən “Australian Open”in direktoru Kreyq Tili məsələyə aydınlıq gətirib. O, indiki məqamda nikbinliklərini itirmədiklərini söyləyib. Tili Avstraliya Açıq tennis turnirinin planlaşdırıldığı kimi Melburnda keçiriləcəyini söyləyib.

CANLI YAYIM