“Ferrari”Fettelə yeni müqvilə təklif etməyib

3 İyul, 13:25 Sosial mediada paylaşın:
 
Sebastyan Fettel “Ferrari” ilə yeni müqavilənin imzalanmaması haqda söz-söhbətlərə  münasibətini bildirib.
Avropa mətbuatı bu günə qədər “Ferrari” ilə almaniyalı pilotun yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə olunmadığını yazsa da, Sebastyan bu məlumatları təkzib edib: sitat. “Doğrusu, Mattia Binotto mənə zəng edib əməkdaşlığı davam etdirmək istəmədiklərini söyləyəndə xeyli təəccübləndim. Mətbuatın yazdıqlarından fərqli, mənim “Ferrari” ilə yeni müqavilə ilə bağlı danışıqlarım olmayıb. Ona görə də hansısa anlaşılmazlıqdan danışmağa dəyməz”. Sitatın sonu.
Fettel gələcək karyerası ilə bağlı konkret qərar qəbul etmədiyini də söyləyib: “Doğru addım atmaq istəyirəm. Bu günə qədər idmanda böyük uğurlar qazanmışam. Mən motivasiyamı itirməmişəm və daha artığına nail olmaq istəyirəm. Bunun üçün ətrafımda işini düzgün görən insanlarr olmalıdır. Belə bir imkan yaratsalar, mən bu təklifi qəbul edəcəyəm. Əks halda özümə başqa bir iş axtaracağam. İndiki məqamda istirahət edəcəyimi, yoxsa karyeramı davam etdirəcəyimi deyə bilmərəm. Mən tələsmirəm.
Yəqin ki, yaxın həftələrə bu suala aydınlıq gələcək” deyə Fettel bildirib.

CANLI YAYIM