“Barselona” yeni baş məşqçisinin adını açıqladı

3 İyul, 12:01 Sosial mediada paylaşın:
“Jalgiris”lə yollarını ayıran Şarunas Yasikyaviçyus bundan sonra karyerasını “Barselona”da davam etdirəcək. Litvalı mütəxəssis bu postda Svetislav Peşiçi əvəz edəcək. Katalonlar Şarasla 3 illik müqavilə imzalayıb. Xatırladaq ki, Yasikyaviçyus 2016-cı ildən “Jalgiris”də çalışırdı. Onun başçılığı altında kaunaslılar XXI əsrdə ilk dəfə Avroliqada “Dördlər finalı”nda oynamaq imkanı qazanmışdı. Elə “Barselona” da Yasikyaviçyus üçün yad klub deyil.
Belə ki, 2003-cü ildə litvalı oyun qurucusu bu klubda Avroliqanın qalibi olmuşdu.
Yeri gəlmişkən, Litva mətbuatı Şarunasın “Barselona”dakı məvacibini də müəyyənləşdirə bilib. O, qarşıdakı üç mövsüm ərzində ilə 3 milyon avro maaş alacaq. Halbuki, Şarasın xidmətində “Fənərbağça” da maraqlı idi. İstanbul klubu Yasikyaviçyusa 2 ilə 3,2 milyon avro məvacib təklif edirdi. Yaskiyaviçyusun gedişindən sonra isə “Jalgiris”i onun köməkçisi Darius Maskolyunas çalışdıra bilər. Amma Şaras onu “Barselona”da köməkçisi kimi görmək istəyir.

CANLI YAYIM