Barselona Peşiçi istefaya göndərib

2 İyul, 15:00 Sosial mediada paylaşın:
“Barselona”nın baş məşqçisi Svetislav Peşiç istefaya göndərilib.
İspaniya çempionatının final görüşündə “Baskoniya” ya 67:69 hesabı ilə məğlubiyyətdən sonra klub rəhbərliyi təcrübəli mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Əslində, 2021-ci ilin yayına qədər klubla müqaviləsi olan məşqçinin istefaya göndəriləcəyi gözlənilən qərar idi.  Hər halda,“Real”ın ¼ finalda mübarizəni dayandırması “Barselona”nın çempion olmaq imkanını artırmışdı. Hər nə qədər “Baskoniya” Avropanın iddialı klublarından sayılsa da, “Barsa” görüşün favoriti idi. Amma Peşiçin bu işin öhdəsindən gələ bilməməsi klub rəhbərliyin qəzəbinə səbəb olub.  
Xatırladaq ki, məhz 2018-ci ilin fevralında Peşiçin təyinatından sonra “Barselona” iddialı olduğunu nümayiş etdirmişdi. Onun qayıdışına qədər “Barselona” ardıcıl 2 mövsüm Avroliqanın pley-offuna vəsiqə qazana bilməmişdi.  Serbiyalı baş məşqçinin gəlişi ilə Kataloniya təmsilçisi 2018/2019-ci illər mövsümündə ölkə kubokunu qazanmış və ardıcıl iki dəfə İspaniya çempionatında finala çıxmışdı. 

CANLI YAYIM