Sabah Avstriya qran-prisi ilə mövsüm bərpa edilir

2 İyul, 13:03 Sosial mediada paylaşın:
Pandemiya səbəbindən formula 1 rəhbərliyi bir ölkədə 2 qran-pri keçirməyə razılıq verib.
Hazırda Avropada təşkil olunacaq 8 yarışın qrafiki məlumdur ki, bunlardan da 4-nə Avsriya və Böyük Britaniya ev sahibliyi edəcək. Mövsüm sabah avstriya qran-prisi ilə bərpa olunacaq. Iyulun 4-də təsnifat, bir gün sonra isə final mərhələsi olacaq. 1 həftə sonra Avstriyada 2-ci qran-pri  keçiriləcək. Iyulun 19-da Macarıstan yarışının ardından Böyük Britaniya ardıcıl olaraq 2 yarışa ev sahibliyi edəcək. Silverstoundakı ilk final avqustun 2-də, 2-ci həlledici mərhələ isə bir həftə sonra olacaq.
Ardınca isə İspaniya, Belçika və İtaliya Qran-priləri təşkil ediləcək. Qeyd edək ki, həmişə olduğu kimi azarkeşlər bu yarışları ölkəmizdə İdman TV vasitəsilə izləyə biləcəklər.

CANLI YAYIM