“Nyu Orlean Pelikans”ın üç oyunçusu koronavirusa yoluxub

1 İyul, 14:01 Sosial mediada paylaşın:
 Demək olar ki, hər gün  MBA klublarında koronavirusa yoluxan oyunçuların sayı artır. Liqanın  komissarı  Adam Silver yoluxma halına baxmayaraq çempionatı bərpa edəcəklərini söyləsə də, indiki vəziyyət heç də ürəkaçan deyil.  Belə ki, Qərb  konfransında mübarizə aparan “Nyu Orlean”ın üç oyunçusunun koronavirusa yoluxduğu məlum olub. Bu barədə “Pelikans”ın vitse-prezidenti Devid Qriffin məlumat verib.  Klub rəsmisi həmin oyunçularının adlarının açıqlanmayacağını bildirib.
Qriffin həmçinin basketbolçuların hər gün koronavirus testindən keçdiyini və hazırda yoluxucu infeksiya daşıyanların cəmiyyətdən təcrid olunduğunu deyib. Sitat:  Bu oyunçular sağaldıqdan sonra ardıcıl iki gün testdən keçəcək və hər dəfə neqativ cavab aldıqdan sonra komandaya qoşula biləcək. sitatın sonu.  
Xatırladaq ki, artıq komandalar çempionatın keçiriləcəyi Orlandoya yollanır. Onlar mübarizəni başa vurana qədər şəhəri tərk edə bilməyəcək. Bir neçə gün öncə isə MBA-da çıxış edən basketbolçulardan 302-si, testdən keçmiş və onlardan 16-sında yoluxucu infeksiya aşkarlanmışdı.

CANLI YAYIM