Oveçkin MXL tarixinin ən dəyərli 8 nömrəli oyunçusu seçilib

30 İyun, 12:50 Sosial mediada paylaşın:
  Adını MXL tarixinə yazdıran neçə-neçə rusiyalı xokkeyçi var. Amma onların arasında Aleksandr Oveçkinin xüsusi çəkiyə malikdir. “Vaşinqton Kapitalz” tarixinin ən yaxşı oyunçusu bu günlərdə xüsusi mükafata layiq görülüb.
 
  Aleksandr Oveçkin Milli Xokkey Liqası tarixinin ən dəyərli 8 nömrəli oyunçusu seçilib. Liqanın rəsmi saytında 17 jurnalist arasında keçirlən sorğuda rusiyalı xokkeyçi 53 xal toplayaraq bu mükafata sahib olub.
  Belə ki, səsvermədə iştirak edən jurnalistlərdən 16-i “Vaşinqton”un liderini birinci pilləyə layiq görübsə, yalnız bir nəfər onu ikinci yerdə qərarlaşdırıb. Yekun səsvermədə ikinci yeri “Anahaym” əfsanəsi Teemu Selyanne tutub. Finlandiya millisinin sabiq üzvü 30 xal toplayıb.  “Vankuver” və “Boston”un sabiq hücumçusu Kem Nili 13 xalla 3-cü olub.
Yeri gəlmişkən, Aleksandr Oveçkin həmçinin müntəzəm çempionatın nəticələrinə əsasən “Moris Rişar Trofi” mükafatına da layiq görülüb. Bu mükafat mövsümün ən çox qol vuran oyunçusuna təqdim edilir.
   Belə ki, münətəzəm çempionat yarımçıq dayandırılana qədər Oveçkin və  “Boston Bryuins”in hüçumçusu David Pasternak 48 qol vurmuşdu. Rusiyalı xokkeyçi karyerasında 9-cu dəfə bu mükafata yiyələnib. Xatırladaq ki, Oveçkin 2017/18-c illər mövsümündə “Vaşinqton”la Stenli Kubokunun qalibi olub. O, həmçinin Rusiya millisi ilə 3 dəfə dünya çempionu adını qazanıb.

CANLI YAYIM