“Keşlə”5 futbolçu ilə yolları ayırdı

30 İyun, 09:57 Sosial mediada paylaşın:
“Keşlə” beş futbolçu ilə yollarını ayırıb.
Klubun saytının xəbərinə görə Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenso Frutos və Franko Floresin bitən müqavilələri qarşılıqlı razılıq əsasında yeniləməyib. Buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə "Keşlə"yə transfer olunublar. 
Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.

CANLI YAYIM