İyulun 30-da "Leykers"lə "Klippers" qarşılaşacaq

29 İyun, 13:52 Sosial mediada paylaşın:
Təxminən bir aydan sonra MBA-da mövsüm bərpa ediləcək. Pandemiyaya görə yarımçıq dayandırılan çempionata yüksək səviyyədə hazırlıq gedir. Artıq yarışların qalan hissəsinin təqvimi də tərtib olunub.
MBA rəhbərliyi mövsümün bərpasından sonrakı oyunların təqvimini hazırlayıb. İyulun 30-da basketbol həvəskarları iki oyunun şahidi olacaq. Həmin gün Los- Ancelesin iki nəhəng komandası“Leykers”lə “Klippers”in qarşılaşması daha böyük maraqla gözlənmilir. Orlandonun “Disneylend” əyləncə parkının idman kompleksində digər görüşdə “Nyu Orlean Pelikans”la “Yuta Cazz”klubları üz-üzə gələcək.Növbəti gün isə daha 6 oyun keçiriləcək. Texas derbisi turun ən prinsipial qarşılaşması olacaq. Çempionluğa namizəd sayılan “Hyuston Rokets” Luka Donçiçin şərəfini qoruduğu “Dallas Maveriks”i məğlub etməyə çalışacaq. Şərq konfransının liderləri “Milouki” ilə “Boston” arasındakı görüş də diqqət mərkəzində olacaq. Bundan başqa iyulun 31-i “Orlando” – “Bruklin”, “Portlend” – “Memfis”, “Finiks” – “Vaşinqton” və “San Antonio” – “Sakramento” oyunları da keçiriləcək.
Xatırladaq ki, “Leykers” və “Klippers”in oyunları ABŞ-ın dövlət telekanalı vasitəsi ilə də canlı yayımlanacaq. 22 komandanın iştirakı ilə müntəzəm çempionatda 88 oyun keçiriləcək. Pley-off mərhələsi isə avqustun 17-də başlanacaq.

CANLI YAYIM