"Qəbələ"nin futbolçusu "Neftçi"dən təklif alıb

29 İyun, 11:43 Sosial mediada paylaşın:
“Qəbələ”nin futbolçusu Qismət Alıyev “Neftçi”dən təklif alıb.
Bu barədə müdafiəçinin özü məlumat verib. Bölgə klubunun gənc futbolçusu qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: "Neftçi" ilə danışıqlar olub, amma hazırda hansısa razılıq mərhələsinə gəlməmişik. "Qəbələ" mənə çox doğmadı. 11 ildi burada çıxış edirəm. Rəhbərliklə danışıb, hər şeyi götür-qoy edib qərar verəcəm. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək".

CANLI YAYIM