Qoran İvanişeviç koronavirusa yoluxub

27 İyun, 11:39 Sosial mediada paylaşın:
Novak Cokoviçin məşqçisi, sabiq xorvatiyalı tennisçi Qoran İvanişeviç koronavirusa yoluxub.
Serbiyalı raketka ustasının testi müsbət nəticələndikdən sonra İvanişeviç də yoxlamadan keçib və onun da infeksiyaya yoluxduğu müəyyənləşib. İvanişeviç özünün “İnstagram” səhifəsində yazıb: “10 gün ərzində 2 dəfə testim neqativ çıxsa da, 3-cü yoxlamada məlum oldu ki, koronavirusa yoluxmşam. Bu günə qədər təmasda olduğum insanlara xəbərdarlıq etmək istəyirəm. Xahiş edirəm, hamınız yaxınlarınızın qeydinə qalın! Mən özümü cəmiyyətdən təcrid edəcəyəm. Bütün xəstələrin tezliklə sağalmasını arzulayıram!”

CANLI YAYIM