Povetkin - Vayt görüşünün tarixi məlum olub

27 İyun, 11:24 Sosial mediada paylaşın:
Pandemiyaya görə boks yarışları nə vaxtdır təxirə salınsa da, vəziyyət tədricən düzəlməyə başlayır. Artıq nüfuzlu boksçular növbəti görüşlərinin tarixlərini müəyyənləşdirirlər. Bununla belə hamının işləri öz qaydasında getmir.
WBA versiyasında sabiq dünya çempionu Aleksandr Povetkin növbəti döyüşünü avqustun 22-də keçirəcək. Bu barədə rusiyalı boksçunun promouter şirkəti məlumat yayıb. Povetkin təxminən 2 aydan sonra Dillian Vaytla üz-üzə gələcək. Bu görüşün qalibi WBC-nin çempion kəmərinə yiyələnəcək.Xatırladaq ki, bu görüş əslində may ayına planlaşdırılsa da, pandemiyaya görə onu təşkil etmək mümkün olmayıb. Povetkin sonuncu dəfə ötən ilin oktyabrında Səudiyyə Ərəbistanında Maykl Hanterlə qarşılaşmışdı. Həmin görüşdə qalib müəyyən olunmamışdı. Uayt isə elə oturnirdə Mariuş Vaxı məğlub etmişdi.
Povetkin Vayt görüşündən fərqli olaraq Tayson Fyuri ilə Entoni Coşua arasındakı döyüş baş tutmaya bilər. Hər iki dünya çempionu qarşılaşmaqla bağlı iki dəfə razılığa gəlsə də, döyüşün baş tutması üçün konkret tədbirlər görülmür. Elə Fyurinin özü də “YouTube” kanallarına müsahibəsində bildirib ki, görüşün keçiriləcəyinə şübhə ilə yanaşır. Xatırladaq ki, Fyuri karyerası boyu keçirdiyi 31 görüşün 30-da qalib gəlib və birini heç-heçə yekunlaşdırıb. Coşua isə 23 qələbənin müqabilində yalnız bir dəfə uduzub.

CANLI YAYIM