UEFA federasiyalara 1,5 milyard dollar yardım ayırıb

26 İyun, 12:26 Sosial mediada paylaşın:
FIFA milli federasiyalara koronavirus pandemiyasının fəsadları ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb. Beləliklə də AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar yardım ediləcək.
Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində həyata keçiriləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq.
Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.

CANLI YAYIM